Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “StatCounter”a istinadən xəbər verir.
Bu dövrdə "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 80,38% təşkil edib. Bu isə yanvar ayı ilə müqayisədə 4,92 faiz bəndi, illik müqayisədə isə 13,24 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 5,73% payla "X" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə dəyişməyib, ötən ilin eyni dövrü ilə müqayisədə 0,88 faiz bəndi az olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 5,02% payla "Youtube" olub. Bu, yanvar ilə müqayisədə 2,79 faiz bəndi az, illik müqayisədə 0,03 faiz bəndi çoxdur.
Dördüncü yerdə 4,87% payla "İnstagram" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,2 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz bəndi az olub.
Ötən ay "Pinterest" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,72 faiz bəndi, illik 5,19 faiz bəndi azaldaraq 3%-lə beşinci yerdə qərarlaşıb.
Dekabrda "Linkedin" sosial şəbəkəsi 0,42% bazar payı ilə altıncı yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,04 faiz bəndi, illik 0,1 faiz bəndi azalıb.
İstifadəçi sayına görə, yeddinci yeri 0,24% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,13 faiz bəndi, illik 1,01 faiz bəndi azaldıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












