Banner

Azərbaycanda evdə partlayış: Ölən var - RƏSMİ AÇIQLAMA

Gündəm 22 Oktyabr 2021 11:31 Oxunub 1012
Azərbaycanda evdə partlayış: Ölən var - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rayon prokurorluğu Şamaxı şəhəri ərazisində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. 

Məlumata görə, oktyabrın 2-də Şamaxı şəhər sakini Mirdaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar partlayış baş verib.

Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh