Azərbaycanda gəmilərin təmirdə vaxt itkisi aradan qaldırılacaq - FOTO

“Bibiheybət” Gəmi Təmiri Zavodunda üzən emalatxananın təmiri tezliklə yekunlaşacaq. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, tərsanəyə qaldırılan emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib, istehsalat sahələrindəki bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib. Bundan başqa, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılır, sanitariya sistemi yenisi ilə əvəz edilir. Heyət və komanda işçilərinin yüksək keyfiyyətlə təmir edilən otaqlarında yeni mebellər quraşdırılır. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülür.
Təmir başa çatdıqdan sonra üzən emalatxana yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılacaq. Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək.
Xatırladaq ki, bu qurğu Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da, gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















