Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək"

“Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Yəni, yaxın iki gündə yağmurlu hava şəraiti müşahidə olunmayacaq. Temperatur rejimində dəyişiklik olmayacaq, havanın soyuması gözlənilmir”.
G.Məmmədovanın sözlərinə görə, fevral ayının 24-25-də arabir güclənən cənub qərb küləkləri öz yerini arabir güclənən şimal qərb küləyinə verəcək: “Yəni gün ərzində dəyişkən küləkli hava şəraiti müşahidə olunacaq”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti fevralın 23-dən 26-sı gündüzədək Azərbaycanın bəzi rayonlarında cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ilə bağlı xəbərdarlıq edib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












