Azərbaycanda həbsdə olan qondarma rejim rəhbərinin oyunlarını politoloq İFŞA ETDİ - FOTO

Politoloq Elxan Şahinoğlu Ruben Vardanyanın beynəlxalq əlaqələri və fəaliyyəti ilə bağlı maraqlı məqamlara diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, Elxan Şahinoğlunun sözlərinə görə, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyan hələ 2015-ci ildə təşkil etdiyi “xeyriyyə tədbiri” çərçivəsində “Hollivud”un məşhur aktyoru Corc Kluni və onun xanımı Amal Klunini dəvət edib. Şahinoğlu qeyd edir ki, Vardanyan üçün bu tədbirdə əsas maraq fiquru Corc Klunidən çox, Amal Kluni olub.

Bunun səbəbi isə ondan ibarət idi ki, tədbirdən təxminən bir il əvvəl Livan əsilli ingilis vəkil Amal Alamuddin (Kluni) ermənilərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində maraqlarını müdafiə etməyə qərar vermişdi. Xatırladılır ki, “erməni soyqırımı”nı inkar etdiyi üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılan Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 2005-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmiş, Ermənistan tərəfini isə həmin prosesdə məhz Amal Kluni təmsil etmişdi.
Elxan Şahinoğlunun bildirdiyinə görə, Corc və Amal Kluni 2016-cı ilin aprel ayında Ermənistana da səfər ediblər. Bu səfər zamanı onların yolu yenidən Ruben Vardanyanla kəsişib. Belə ki, Vardanyan tanınmış qonaqlarını “100 həyat” layihəsi çərçivəsində keçirilən “Avrora” mükafatlandırma mərasiminə dəvət edib.
Politoloq vurğulayır ki, Ruben Vardanyan Qarabağa köçməzdən əvvəl “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması istiqamətində sistemli şəkildə çalışır, bu məqsədlə tanınmış şəxsləri prosesə cəlb edir və ciddi maliyyə vəsaiti xərcləyirdi. Lakin Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi Vardanyanın siyasi planlarını alt-üst etdi.

Elxan Şahinoğlunun fikrincə, bundan sonra Ruben Vardanyan Rusiyadakı müəyyən dairələrin məsləhəti ilə Qarabağa yerləşdi və buradan Ermənistanda hakimiyyətə gəlmək niyyəti güddü. Ancaq bu plan baş tutmadı. Nəticədə, Ruben Vardanyan hazırda həbsdədir, Corc və Amal Kluni isə, politoloqun sözləri ilə desək, həm də Vardanyanın onlara sərf etdiyi maliyyə hesabına formalaşmış lüks həyatlarını davam etdirirlər.
Eltac Zülfüqaroğlu
Qeyri-sabit hava şəraitində sürücülər və piyadalar nələrə diqqət etməlidir? - AÇIQLAMA
Bu aptekdən alınan qida xarab çıxdı; Vətəndaşın pulu geri qaytarılmadı - FOTO
Güclü külək əsəndə bu təhlükəsizlik qaydalarına əməl etmək mütləqdir? – FHN-dən XƏBƏRDARLIQ
DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA
“Uber” milyonlarla vergidən belə yayınırmış
Tramvay metro ilə əhatə olunmayan zonalarda fəaliyyət göstərməlidir - Ekspert
Bakının yeni stansiyalar üçün əlverişli əraziləri - SİYAHI
Pirşağı yolunda gecə sürücüləri narahat edən problem - Nasaz yol işıqları - VİDEO
Qəzaların tez-tez baş verdiyi yol - Nə nişan var, nə də işıqfor - VİDEO
Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki…
“Epşteyn sənədləri” müəyyən vəzifələrdəki şəxsləri postundan “vurmaq” üçün ortaya atılır - POLİTOLOQ











