Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Bildirilib ki, sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.
Yəni bu dəyişikliklər:
• xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların;
• sürücüsüz metro qatarlarının;
• logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən avtonom yük nəqliyyat vasitələrinin;
• uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarına imkan yaradacaq.
Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Məsələn, ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün olacaq.
İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar həyata keçirəcək. Bu isə o deməkdir ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət yarandıqda müdaxilə edə biləcək.
Qanun layihəsinə əsasən:
• avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi;
• məsafədən idarəetmə mərkəzlərinin yaradılması;
• məlumatların real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülməsi;
• məlumatların ən azı 6 ay müddətində saxlanılması təmin olunmalıdır.
Layihənin diqqətçəkən yeniliklərindən biri də avtonom nəqliyyat vasitələrinin digərlərindən fərqləndirilməsi məqsədilə xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanının tətbiqidir.
Məlumat üçün bildiririk ki, bu texnologiyalar artıq dünyanın müxtəlif ərazilərində tətbiq olunur. Məsələn, avtonom avtobuslar və taksilər Çin, BƏƏ və ABŞ-də sınaq və istismar mərhələsindədir.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












