Azərbaycanda inanılmaz sevgi cinayəti: 2 NƏFƏR ÖLDÜ - ŞOK TƏFƏRRÜAT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Abşeron rayonunda ata və qızının qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb. Avtosfer.az-ın məlumatına görə, birgə məlumatda bildirilir ki, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Belə ki, cari il sentyabrın 9-da Bakı-Şamaxı magistral yolunun 10-cu kilometrliyində, Sulutəpə dairəsində üzərlərində müxtəlif dərəcəli zorakı xəsarətlər olan kişi və qadın meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxslərin Qaradağ rayonunun Müşfiq qəsəbə sakinləri - Allahverdi Əsədov və qızı Samirə Əsədova olmaları müəyyən edilib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərində olan Sahib Hacıyev tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən edilib ki, S.Hacıyev sentyabrın 9-da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə A.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili təqib etdikdən sonra S.Əsədovanın maşına oturmasının qarşısını almaq üçün avtomobilini A.Əsədovun avtomobilinin arxasına qəsdən vurub. Sonra avtomobildə gəzdirdiyi mətbəx bıçağı ilə əvvəlcə S.Əsədovaya, sonra isə A.Əsədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib. Hər iki şəxs aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. S.Hacıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Emin
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










