“Azərbaycanda istehsalla məşğul olmaq sahibkarlara sərf etmir” – NATİQ CƏFƏRLİ

Bu gün istər paytaxt Bakıda, istərsə də bölgələrdə binaların altında, yaxud da fərdi binaya sahib olan obyektlərin əksəriyyəti ölkəyə məhsul idxal edib satmaqla məşğuldur. Sahibkarlıq subyektlərinin böyük çoxluğu da ya geyim, ya da ki, telefon və mobil aksesuar satışını həyata keçirməkdə maraqlıdır. Bunun səbəbi qeyd olunan istiqamətlərin az xərclə başa gəlməsi və yaxın müddətdə çox gəlir götürməyə kömək etməsidir. Kafe və restoranlarda da sahibkarlar fərqli ideyalar irəli sürmür. Yalnız hansısa istehsalçının hazırladığı məhsulu təqlid etməklə gəlir qazanmağa çalışır. Bu isə ölkədə istehsal bazarının getdikcə qıtlaşmasına gətirib çıxarır.
Bəs Azərbaycanda istehsalla məşğul olmaq üçün sahibkarlara hansı güzəştlər edilməlidir? Bu istiqamətdfə təşviq proqramları nə qədər effektlidir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Avtosfer.az-a müsahibəsində deyib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün ayrı-ayrı sektorlarla bağlı təşviq proqramları artıq işləmir.

“Ölkədə elə şərait yaranmalıldır ki, hansısa məhsulun istehsalı rahat olsun. Bunun üçün vergi və gömrük güzəştləri ilə yanaşı, uzunmüddətli ya faizsiz, ya da azfaizli kreditlərə ehtiyac var. Amma bu kreditlər mütləq şəkildə uzunmüddətli olmalıdır. Bunun üçün kiçik və orta sahibkarlığa dəstək üçün investisiya bankı yaradılmalıdır. Bu bank çərçivəsində müəyyən layihələrə, invesitisyalara vəsait ayırmaq mümkün ola bilər. Azərbaycanda bu gün istehsalla məşğul olmaq sərfəli deyil. Problem buradan qaynaqlanır. Çünki həm kommunal xidmətlər bahadır, həm vergilər yüksəkdir, belə olan halda da sahibkarların kreditlərə çıxış imkanları məhdudlaşır. Nəticə etibarilə, istehsalla məşğul olan sahibkarların sayı azalır”.
Səfər
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












