Azərbaycanda kartofun qiyməti artmağa davam edir; Nələr baş verir? - Ekspertlər AÇIQLADI

Bazarda kartofun qiymətindəki son dəyişikliklər diqqət çəkib. Qiymət 1,50 manata qalxıb və bu, həm istehlakçıların, həm də sahibkarların diqqətini çəkib. Yerli məhsullar bazarda mövcud olsa da, eyni zamanda xaricdən idxal edilən kartof da bazara daxil olur. Qiymət dinamikası təkcə tədarük və tələbə bağlı deyil. Həm də regional vəziyyətlər, ixrac-idxal əlaqələri və bazar mexanizmləri bu prosesə təsir göstərir. Bu vəziyyət istehlakçılar və sahibkarlar üçün strateji əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda satışda olan kartof keçən il istehsal olunan kartofdur:

“Biz indi satışda olan keçən il istehsal olunmuş kartofu istehlak edirik, o isə get-gedə tükənir. Paralel olaraq, Azərbaycana başqa ölkələrdən də məhsullar idxal edilir, xüsusən də İrandan. 2024-cü ildə 66 min ton kartof İrandan idxal olunub. Bu ümumi 140 min tonun təxminən yarısı qədərdir. Ən çox idxal İrandandır. İranda baş verən hadisələr əlbəttə ki, İrandan kartof idxal edən sahibkarlar üçün fürsət yarada bilər. Mən hesab etmirdim ki, qısa müddətdə artımlar baş verəcək. Azərbaycan özü istehsal etdiyi kartofu yaxın zamanda çıxaracaq, bu da qiyməti azalda bilər. Heç bir iqtisadi əsası yoxdur. İrandan gətirilən çox ucuz gəlir, 44 qəpiyə idxal olunur. İdxal dəyərindən 3 dəfə artıq qiymətə Azərbaycan bazarında satılması yalnız vicdansız insanların işidir”.
İqtisadçı ekspert Şahin Nəcəfov isə deyib ki, bahalaşma təbiidir. Çünki köhnə mal stokda, anbarlarda azalıb, yeni məhsul hələ çıxış mərhələsinə gəlməyib və qonşu ölkələrdə olan gərginliklər də bu qiymət artımını birbaşa tətikləyir:

“Bizə məhsullar daha çox Gürcüstan, Pakistan, İran və Belarusiyadan idxal edilir. Bu ölkələrdə də müəyyən qədər qiymət artımı müşahidə olunur. Dövlət orqanlarının əksəriyyətində publik şəxs kimi formalaşma mövcuddur. Hamısı əlavə rüsumlar alır, xidmət haqqından qat-qat artıq rüsumlar tələb edilir və bunun da heç bir izahı yoxdur. Heç kim də bu rüsumların səbəbini soruşmur. Məsələn, 5 sənəd üçün 100 manat rüsum almaq, xidmətləri qat-qat pul tələb etmək təbii ki, soruşulmur. Bunların hamısı nəticədə məhsulun üzərinə gəlir və bazara təsir edir. İranda da münaqişənin qızışması digər məhsullara ciddi təsir göstərəcək. İrandan bizim aramızda 647 milyon manat civarında dövriyyə var, onun 14 milyonunu Azərbaycan İrana məhsul satır, qalanı isə - 633 milyon manata dəyərində məhsul İrandan alınır və bunun böyük hissəsi kənd təsərrüfatı və ərzaq məhsullarıdır. Bu ərzaq asılılığından çıxmaq və ərzaq tələbatını təmin etmək üçün Azərbaycan hökuməti, Kənd Təsərrüfatı Nazirliyi düzgün siyasət yeritməli və dəyər zənciri formalaşdırmalıdır. Bizim özümüzü ərzaqla təmin etmək üçün kifayət qədər potensialımız var. Bunun üçün torpaqlardan səmərəli istifadə olunmalı, dəyər zənciri yaradılmalı, innovasiyalar tətbiq olunmalı, kənd təsərrüfatının səlahiyyətləri artırılmalı və Qida Agentliyi Kənd Təsərrüfatının Nazirliyinə verilməlidir. Vahid idarəçilik və vahid konsepsiya təmin olunmalıdır. Yoxsa zaman-zaman qiymət artımları baş verəcək və ölkənin ərzaq təhlükəsizliyində problem yaranacaq”.
Nurcan Babək
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
"İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib" - Müdafiə Nazirliyi
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB
“Onların başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək”
İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev
İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın VİDEOsu
İran dronları Naxçıvanı belə vurdu - Anbaan VİDEO








