Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə artmasına cavab olaraq, "Baku Shipyard" tərsanəsində "Samruk-Kazyna"nın törəmə şirkəti olan "Kazmortransflot" (KMTF) və "Abu Dhabi Ports" (ADP) üçün iki konteyner gəmisi istehsal ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Nurlan Jakupovla Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Müşahidə Şurasının sədri Rəşad Nəbiyev arasında keçirilən görüşdə qeyd olunub. "2027-ci ilə qədər inşa ediləcək konteyner gəmiləri KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək", - məlumatda qeyd olunub. Görüşdə TBNM-in inkişafı və nəqliyyat-logistika sahəsində tərəfdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.
Bildirilib ki, ötən il TBNM ilə yük dövriyyəsi tarixi maksimuma - 4,5 milyon tona çatıb, Qazaxıstan yüklərinin ixrac potensialı ildə 10 milyon tona qədər qiymətləndirilir.
Tərəflər həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsinin icrasının gedişini müzakirə ediblər. Layihənin operatorları "Kazaxtelecom" və "Azertelecom" şirkətləridir.
Xatırladaq ki, "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkəti ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının artırılması məqsədilə iki müasir konteyner gəmisinin inşası barədə saziş bu ilin yanvar ayında imzalanıb. Bu çərçivədə Xəzər dənizində istifadə üçün nəzərdə tutulmuş, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik iki müasir konteyner gəmisinin inşası planlaşdırılır. Suya oturumu az olan bu yeni gəmilər TBNM-in yük dövriyyəsini artıracaq və marşrutun keçid imkanlarını genişləndirəcək.
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












