Azərbaycanda keçmiş nazirin adı ölümdə hallandı - "Sərxoş halda yola qaçdı"

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya açıqlama verən sabiq nazir qeyd edib ki, o bu hadisədə şahid qismində istintaqa cəlb olunub: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.
T.Zülfüqarov həmçinin qeyd edib ki, o, qayda pozuntusuna yol verməyib: “Məni tibbi müayinədən də keçirdilər. Mən nə sərxoş olmuşam, nə də sürət həddini aşmışam”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın T. Zülfüqarov tərəfindən vurulması barədə məlumat yayılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












