Banner

Azərbaycanda kişi öz maşınını küçədə yandırdı - Polisdən açıqlama - VİDEO

Gündəm 21 Fevral 2023 11:03 Oxunub 2600
Azərbaycanda kişi öz maşınını küçədə yandırdı - Polisdən açıqlama   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad rayonunda bir nəfər şəxs öz avtomobilini küçədə yandırıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün baş verib. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh