Azərbaycanda kreditini ödəyə bilməyən şəxs həbs edildi - VİDEO

Şəkidə kreditini ödəmədiyinə görə bir nəfər həbs edilib. Rayonun Qoxmuq kənd sakini Şəlalə Abdurrəhimova iddia edir ki, onun qardaşı işləyir və götürdüyü krediti ödəyir. Lakin son vaxtlar ödəməni gecikdirdiyinə görə polis tərəfindən saxlanılıb. 38 yaşlı Böyük Dəhnə kənd sakini Zahir Səmədovun hazırda rayonda bir banka 3717,45 ABŞ dolları borcu var. Krediti ümumiyyətlə ödəmədiyinə görə həmin bank məhkəməyə müraciət edib. Şəki şəhər icra şöbəsindən dəfələrlə müraciət edilməsinə baxmayaraq Zahir Səmədov məhkəmə qərarını icra etməyib. Zahir Səmədov 24 may 2016 cı il tarixli bildirişə məhəl qoymadığı, borcunun heç bir hissəsini ödəmədiyi üçün Şəki rayon Məhkəməsinin qərarına əsasən 10 günlük həbs edilib.
Rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov bildirir ki, belə hallarda məhkəmə qərarını icra etmədiyi üçün yalnız məhkəmənin çıxardıgı qərarla polis şöbəsində saxlanma ola bilər. Problemli kreditə görə polis heç kimi saxlamır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












