Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA

“Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda lombardlar tərəfindən vətəndaşların aldadılması, bəzi hallarda yüksək faizlərin təklif olunması qeydə alınıb”.
Avtosfer.az xəbər verir ki,bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bir sıra hallarda lombarda öz qızılını girov qoyub kredit götürən vətəndaş sonradan kredit öhdəliyini yerinə yetirsə də, həmin girovu əldə etməkdə çətinlik çəkir:
“Bununla bağlı xeyli faktlar var. Doğrudur, son illər bu istiqamətdə vəziyyətin xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. Bu da nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda faizlər də kifayət qədər yüksəkdir və bəzi hallarda lombardların illik dərəcəsi 60 faizə qədər yüksəlir. Bu da kifayət qədər yüksəkdir. Bu baxımdan biz bütövlükdə həm qanunvericilikdə, həm də icrada lombardlara nəzarətin gücləndirilməsini təklif edirik. Təbii ki, lombardların lisenziyası əsasında fəaliyyət göstərməsi məqsədəuyğundur və eyni zamanda, təbii elektron qeydiyyat sistemi və nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki qanunvericiliyin təkmilləşməsi kontekstində həm də nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaşlarımızın hüquqları pozulmasın. Çünki lombard xidmətindən istifadə edən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu kontekstdən bu istiqamətdə təkmilləşdirmələr vətəndaşlarımızın hüquqlarının qorunması baxımından vacib hesab olunur”.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










