Bakıda 59 nömrəli məktəbdə müəllim şagirdləri döyüb - VİDEO - YENİLƏNİB

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.
Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər. (apa)
***
Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə Bakıda yerləşən məktəblərin birində qeydə alınıb.
Hazırda araşdırma aparılır.
***
Azərbaycanda məktəbin sinif otağında rəzalət yaşandığını əks etdirən növbəti görüntü yayılıb.
Baku.ws xəbər verir ki, videoda orta yaşlı müəllimin dərs zamanı şagirdlərə nəzarəti tamamilə itirdiyi görünür.
Müəllim nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət də tətbiq edir. Amma bunun da bir xeyri olmur və sinifdəki xaos pik həddə çatır.
Biabırçı görüntülərin yayıldığı sözügedən videonu təqdim edirik:
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı










