“Azərbaycanda mövcud hava şəraiti bir neçə gün davam edəcək”

“Hazırda müşahidə olunan hava şəraiti bu günlər üçün bir qədər gözlənilməzdir”. Bunu Avtosfer.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. İqlimşünas bildirib ki, hazırda havanın temperaturu normadan yüksəkdir: “Respublika ərazisində belə hava şəraitinin üç-dörd gün də davam edəcəyi gözlənilir. Havanın temperaturu bir qədər də arta bilər. Çünki bir həftəyə yaxındır cənub istiqamətli hava kütlələri əraziyə daxil olub və dayanıqlığını qoruyur. Dünən güclü şimal-qərb küləyi əsdi, amma hava kütlələrinin dəyişməsinə təsir edə bilmədi”.
O bildirib ki, havanın ciddi temperatur fərqi ilə soyuması gözlənilmir.
Mütəxəssis qeyd edib ki, belə havanın nə insan səhhəti üçün, nə də kənd təsərrüfatı üçün ziyanı yoxdur: “Hazırda payızlıq kənd təsərrüfatı bitkilərinin əkin dövrüdür. Belə mövcud hava şəraiti kənd təsərrüfatı üçün, xüsusən pambıq yığımı üçün çox əlverişlidir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












