Azərbaycanda müstəntiq yol qəzasında - ÖLDÜ

Ötən gün axşam saat 7 radələlərində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşının su kanalına düşməsi barədə məlumat vermişdik. Naxçıvan şəhər sakini olan, 1990-cı il təvəllüdlü Oruc Mehbalı oğlu Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmətzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir, 6 aylıq körpənin qolu sınıb.
Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub və Tovuz rayonuna getməli idi. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən cinayət işi başlanıb. Araşdırmalarımız zamanı məlum olub ki, dünyasını dəyişən Oruc Hümmətzadə Tovuz rayon prokurorluğunun böyük müstəntiqi olub və ailəsi ilə birgə Bakıdan iş yerinə qayıdırmış. Qeyd edək ki, O.Hümmətzadə bir müddət əvvəl İmişli rayon prokurorluğundan Tovuz rayon prokurorluğuna ezam olunub./olke.az
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










