Banner

Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI

Gündəm 29 Yanvar 2026 21:54
Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının güc strukturlarında ən ali hərbi və xüsusi rütbə hesab olunur və bu status dövlət təhlükəsizliyi, müdafiə və hüquq-mühafizə sistemində xüsusi çəkisi olan vəzifə sahiblərinə verilir. Bu rütbəni, əsasən, müdafiə, daxili işlər və fövqəladə hallar nazirləri, eləcə də xüsusi xidmət orqanlarının rəhbərləri, baş prokuror və təhlükəsizlik blokunda yüksək postlar tutan şəxslər daşıyırlar. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu gün Şahin Bağırova “Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib. Bununla da Azərbaycanda general-polkovnik rütbəsini daşıyan şəxslərin sayı artaraq 22 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, Modern.az vəzifədə olan, eləcə də müxtəlif illərdə istefaya göndərilmiş, lakin general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını hazırlayıb:

1. Zakir Həsənov – Müdafiə naziri

2. Bəylər Əyyubov – Prezident Katibliyinin rəisi

3. Ramil Usubov – Azərbaycan Təhlükəsizlik Şurasının katibi

4. Kərim Vəliyev – Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini

5. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

6. Vilayət Eyvazov – Daxili işlər naziri

7. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

8. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

9. Mədət Quliyev – Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini

10. Fikrət Məmmədov – Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri

11. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı

12. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi

13. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sabiq sədri

14. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

15. Nəcməddin Sadıqov –  Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi

16. Səfər Əbiyev – Eks-müdafiə naziri

17. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri

18. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri

19. Fazil Məmmədov – Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)

20. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının keçmiş sədri

21. Hikmət Mirzəyev – Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, Vətən Müharibəsi Qəhrəmanı.

22. Şahin Bağırov –  Dövlət Gömrük Komitəsinin sədri, “Vətənə xidmətə görə” ordeninin tam kavaleri.

Oxunub 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh