Azərbaycanda ov mövsümünün açılmasının YUBANMA SƏBƏBİ AÇIQLANIB

Azərbaycanda hazırda mütəxəssislər vəhşi heyvan və quş növlərinin monitorinqini, xüsusilə də ovçuluq təsərrüfatında sayğı prosesini aparır.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
O qeyd edib ki, ötənilki sayğı zamanı iqlim dəyişmələri ilə bağlı, xüsusilə köçəri quşların sayında azalma müşahidə edilib:
"Buna əsas səbəb dünyada baş verən iqlim dəyişmələri, su- bataqlıq ərazilərin quruması, quşların miqrasiya marşrutlarının dəyişməsidir".
"Hazırda mütəxəssislər yerlərdə sayğı prosesini davam etdirir, müxtəlif biotoplarda quş koloniyaları, sayğı zamanı rast gəlinən növlərin sayı ilə bağlı təhlillər aparır. Bütün bu işlər yekunlaşdıqdan sonra alim və mütəxəssislərin rəyinə əsasən “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçiriləcək, ardınca ov mövsümünün açılıb-açılmaması ilə bağlı yekun qərar qəbul ediləcək", - A.Babayeva vurğulayıb.
Xatırladaq ki, ötən il Azərbaycanda ov mövsümü sentyabrda açılmışdı.
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas











