Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan 2 Azərbaycan vətəndaşı və məhsulların daşındığı "Opel Astra" və "VAZ-2106" markali avtomobillər müəyyən edilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər. Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonlarından ümumilikdə üzərində Belarus Respublikasının aksiz markası olan 8980 ədəd "NZ Gold Compact" markalı siqaretlər, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 l-lik və 60 ədəd 0.5 l-lik araqlar, üzərində aksiz markası olmayan 2 adda 1 l-lik 20 ədəd viskilər, 25 kq konfet və 2 adda 78 kq kolbasa və 2 adda 265 kq yağ aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












