Azərbaycanda qatara basqın edilib

Şəmkirin Zəyəm və Dəllər dəmir yolu stansiyalarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qoşqusuz halda dayanmış refrijerator tipli soyuducu vaqonlara basqın edilib. Avtosfer.az-ın Trend-ə istinadən xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, basqın edən şəxslər vaqonların soyuducu sisteminə daxil olan hərəkətverici pərlərin naqil xətlərini və konduitləri kəsərək oğurlayıblar: "Oğurlanan xətlər refrijerator vaqonlarında işlənməyən kabellərdir. Həmin şəxslər o xətləri kəsib aparıblar. Hadisə gecə saatlarında olub. Qarət edilən vaqonlar Yeni Ələt refrijerator vaqon deposunun balansında olsa da, istismar müddəti bitdiyindən istifadəyə yararsız vaqonlardır".
N.Əzməmmədovun sözlərinə görə, hadisə nəticəsində 4 vaqon qarət edilib: "Vaqonlara basqın edənlər dəmiryolçular tərəfindən saxlanılıb və Nəqliyyatda Baş Polis İdarəsinə təhvil veriliblər. Məlum olub ki, onlar Şəmkir rayon sakinləridir. Faktla bağlı idarədə cinayət işi başlanıb və saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












