Azərbaycanda qətl törətmiş şəxs məhkəmədən qaçdı - FOTO

Şəmkir rayon Məhkəməsində insident baş verib. Avtosfer.az xəbər verir ki, bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini olan taksi sürücüsü, 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov dünən Şəmkir rayon Məhkəməsindən qaçıb. N.Babayevin həyat yoldaşı Şəfəq Babayeva bildirib ki, dünən E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb. Şəfəq Bayaeva iddia edib ki, E.Murtuzov qaçma planını əvvəlcədən hazırlayıb və ona kömək edənlər olub. Hazırda onun tutulması istiqamətində iş aparılır. Qeyd edək ki, bu il yanvarın 11-də Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gəncədə taksiyə minib və maşınla Şəmkirə gəlib. Burada o, sürücü Gəncə şəhər sakini, 4 uşaq atası olan 1958-ci il təvəllüdlü Bayaev Namiq Əli oğlunu bıçaqlayaraq maşının əlində alıb. Daha sonra avtomobili dəyər-dəyməzinə satan E.Murtuzov cinayətdən 5 gün sonra tutulub. N.Babayev isə qan içində Şəmkirdəki yanacaqdoldurma məntəqəsinə gələndən sonra xəstəxanaya yerləşdirilib və 3 gün sonra vəfat edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













