Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












