Azərbaycanda referendum başlayıb

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib. M. Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək”.
Referendum dövlət himninin səsləndirilməsi ilə start götürüb.
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər.
Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.
Bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.
Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












