Azərbaycanda sel gözlənilir?

"Azərbaycanda çaylarda sel hadisələri təqribən yayın ikinci yarısı - payızın əvvəllərində gözlənilə bilər". Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
O bildirib ki, hazırda selin baş verməsi üçün şərait yoxdur.
E.Əlizadənin sözlərinə görə, selin baş verməsi üçün axan kütlənin heç olmasa üçdə birindən artığı bərk maddələr, yəni süxurlar, torpaq və s. olmalıdır: "Hələlik sel mövsümü deyil və selin baş verməsi üçün şərait yoxdur. Amma havalar qızandan sonra uzun müddət - 1 ay və ona yaxın müddətdə quraqlıq olmasa, onda sel təqribən yayın ikinci yarısı - payızın əvvəlləri üçün gözlənilən hadisələrdir".
E.Əlizadə deyib ki, adətən, yay uzun müddət quraq keçəndən sonra bir dəfə leysanın yağması çaylarda selin baş verməsinə səbəb olur.
Direktor müavini qeyd edib ki, quraqlıq sel yaratmır, amma sel üçün material hazırlayır: "Quraqlığın olması selin yaranması üçün material hazırlayır. Çünki quraqlıq nəticəsində süxurlar parcalanaraq yamacda yığılıb qalır, onlar yamacda yağışı gözləyir. Əgər ondan sonra yağış olsa, mütləq sel gedir və o, çox böyük dağıntı yaradır. Quraqlıqdan sonra intensiv yağışlar yağsa, sel olur, amma quraqlıqdan sonra az güclü yağış yağsa, onlar sel əmələ gətirmir".
Direktor müavininin sözlərinə görə, selin dağıdıcı təsir qüvvəsi daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çoxdur.
Qeyd edək ki, bu il iyulun 20-dən avqustun 5-dək Azərbaycanda qurağlığın olacağı gözlənilir. Quraqlığın Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcəyi proqnozlaşdırılır.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










