Azərbaycanda sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? – AÇIQLAMA - VİDEO

Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.
Xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib. Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir.
Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır.
Ekspert deyir ki, vətəndaşlar müvafiq sənədlərlə öz evlərinə çıxarış almaq üçün aidiyəti qurumlara müraciət etməlidir. Bundan başqa, bu məsələdə vətəndaşlar marifləndirilməlidir. Evlərin çıxarışla təmin edilməsi dövlət büdcəsinin gəlirlərini də artıra bilər.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, əlində hüququ sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur.
Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.
Ətraflı videomaterialda.
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










