Azərbaycanda ŞOK CİNAYƏT: Alban məbədindən qızıl çıxartmaq istədilər - FOTO

Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.
Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aran Zəylik kəndi ərazisində yerləşən VII-IX əsrlərdə inşa olunan Alban məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirib.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri - Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəliblər. Müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlayıblar.
Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar davam etdirilir.
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir










