Azərbaycanda şok olay! - Kişi keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzib - VİDEO

Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu bildirib ki, gecə saat 00:30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib.
Evin qarşısında dayanıb, daha sonra onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
Günel Mehdiyeva 13 il evlilikdən sonra 3 il əvvəl həyat yoldaşından ayrılıb. Həyat yoldaşından şiddət görən G.Mehdiyeva 2 il "Ümid" sığınacağında 2 övladı ilə yaşayıb. Daha sonra Sabirabad rayonuna köçüb. Hazırda faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










