Azərbaycanda ŞOK OLAY: Arvadını atıb 15 yaşlı baldızını qaçırtdı

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb. Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideyinləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-ın əldə etdiyi məlumata görə, A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.
Cəlilabad Rayon Polis Şöbəsindən bu məlumatı təsdiqləyiblər. Şöbədən bildirilib ki, A.Nağıyeva böyük bacısının əri ilə gedib və ailənin də bundan xəbəri var: "Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış. Ayın 23-də yeznə iki uşağı ilə birlikdə arvadını gətirib qaynatasının evinə qoyub. Arvadının 15 yaşlı bacısını da götürüb aparıb. İndi Aynurənin böyük bacısı ata evindədir. Hazırda qızın axtarışları davam edir. Yeznənin öz evi, qohumlarının evində axtarışlar aparmışıq. Hələ ki, onlar tapılmayıb. Böyük ehtimalla onlar tapılandan sonra qız azyaşlı olduğuna görə oğlan tutulacaq”.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












