Azərbaycanda son bir gündə baş verən qəzalardan - VİDEO

Minik avtomobilinin yük maşınına çırpılması ölümlə nəticələnib. Ağır qəza Ağsu - Kürdəmir- Bəhrəmtəpə yolunun İmişlinin Ağaməmmədli kəndindən keçən hissəsində baş verib. Rayon sakini Vaqif Əbilovun idarə etdiyi minik avtomobili yol kənarında dayanan, Vüqar Ağaşova məxsus yük maşınına çırpılıb. Minik avtomobilində olan sərnişin, İmişli sakini, 59 yaşlı Vaqif Məmmədov hadisə yerində ölüb. Avtomobildə sıxılıb qalan meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gəncədə isə minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.
Hadisə ötən axşam Gəncədə, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb. 26 yaşlı Vasif Hümbətov minik avtomobili ilə yolu keçmək istəyən piyada 60 yaşlı Səidə Abdullayevanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb. Sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Cəlilabadda isə yük maşını velosipedçini vurub. Hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi, buğda ilə dolu yük maşını ilə yeniyetmə velosipedçini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük avtomobilinin altında qalan velosipedçi hadisə yerində ölüb. Faktlarla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












