Azərbaycanda sürücü maşından düşən kimi güllələndi - VİDEO

Abşeron rayonunda iş adamının güllələnməsinin təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasovun odlu silahla qətlə yetirilmiş meyiti tapılıb. Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Tural Əlizadə tutulub. İstintaq hərəkətləri zamanı 25 yaşlı Tural Əlizadə əməlini etiraf edib və hadisəni necə törətdiyini danışıb: “Birinci gülləni buraxdım göyə. Sonra da yaxınlaşdım yanına, maşından ayağını yerə qoyan kimi vurdum”.
Saxlanılan Tural Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.
Rayon polis idarəsindən verilən məlumata görə, hadisəyə tərəflər arasındakı şəxsi münaqişə səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












