Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ

Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına mənfi təsir edir. Eyni zamanda, Bakıda əhalinin artması da su probleminə təsir göstərən amillərdəndir.
Həmçinin sayğacdankənar istifadə halları, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğu, bağ və həyət evlərində yaşıllıqların içməli su ilə suvarılması da israfçılığa gətirib çıxarır. Bütün bunların qarşısını almaq məqsədilə ölkədə suyun qiymətinin artırılması, yaxud sudan istifadəyə görə müəyyən limitlərin qoyulması kimi addımlar atıla bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan “Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda sözügedən məsələ gündəmdə deyil:
"Ölkədə suyun qiymətinin artırılması və ya limitin tətbiq edilməsi müzakirə edilmir".
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı











