Azərbaycanda terror xəbərdarlığı - DTX-dan açıqlama

"Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur". Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bunu, İsrailin terrorla mübarizə qərargahının bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda terror təhlükəsinin olması barədə Sputnik-in sorğusunu cavablandırarkən, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. DTX rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik şəraiti yüksək səviyyədə təşkil olunub.
Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı Pesax bayramı ərəfəsində çoxlu sayda israillinin ölkə xaricinə getməsini nəzərə alaraq xəbərdarlıq yayıb. Qərargahın saytında yer alan məlumata görə, Türkiyə, Pakistan və bir neçə Afrika ölkəsi səfər üçün ən təhlükəli yerlərdir.
Sözügedən terror təhlükəsi olan ölkələrin siyahısında Azərbaycanın da adı var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.
Eyni zamanda, qərargahın xəbərdarlığında vətəndaşlara hara getmələrindən, harada olmalarından (o cümlədən, Qərbi Avropada) asılı olmayaraq diqqətli olmaq məsləhət görülür. Qərargah İsrail vətəndaşlarını ən təhlükəsiz saydıqları məkanlarda belə, sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olacağı yerlərdən, o cümlədən, stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












