Azərbaycanda tibbi helikopterlərdən istifadə olunur?

Dünyanın əksər ölkələrində səhiyyə sahəsində tibbi helikopterlərdən mütəmadi istifadə olunur. Azərbaycanda da bəzən elə şərait yaranır ki, Təcili Tibbi Yardım xidmətinin işi çətinləşir. Məsələn, şaxtalı və qarlı havalarda tibbi yardım maşınlarının hərəkət edə bilmədiyi vaxtlar olur. Bölgələrdə ağır xəstələrin mərkəzə gətirilməsi ehtiyacı yarandığı vaxtlar olur ki, Təcili Tibbi Yardım maşınları bunun öhdəsindən gələ bilmir.
Bəs Azərbaycanda nə qədər tibbi yardım helikopteri var və hansı hallarda istifadə olunur? Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo.az-a danışan Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib ki, dövlətə məxsus iki tibbi helikopter var: "Onlar Zabrat aeroportunda saxlanılır. Lazım olanda bu helikopterlərdən də istifadə edirik. Əsasən bölgələrdə olan ağır xəstələrin paytaxta gətirilməsi üçün istifadə olunur".
Mirələm Cəlalov Səhiyyə Nazirliyinin balansında reanimobillərin olduğunu da vurğulayıb: "Bu maşınlarda reanimasiya şöbəsində olan bütün cihazlar quraşdırılıb. Helikopterlərə isə ehtiyac duyulanda istifadə olunur. Yəni uzaq məsafə olanda, Təcili Tibbi Yardım maşınının gedib çatması uzun zaman alarsa, helikopterlər göndərilir. Helikopterlər istifadə olunarkən onların maddi xərcləri dövlət hesabına ödənilir".
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












