Azərbaycanda "Tiktok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA - VİDEO

Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən "Tiktok" sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yalnış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub.
Ötən gün "Tiktok" sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.
Qurumdan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə “TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən “TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AZTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:
"Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də "Tiktok"dan istifadə edir. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir".
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO










