Azərbaycanda uşaq “Kinder”dən zəhərlənib - Valideynlərin diqqətinə

Azərbaycanda uşaq “Kinder Joy” adlı şokoladlı yumurtadan zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə yazıb: “Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən “Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür”.
E.Hüseynov qeyd edib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi, mənzil 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən birliyə daxil olan müraciət araşdırılıb. Müraciət edən şəxs bildirib ki, Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurtasını alıb. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı “skoç”la örtüldüyünü görüb və onu qaldırıb. “Skoç”un altında 04.03.16 və 15.09.16 tarixinədək yazısı görünüb. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitib. Nəticədə müştərinin uşağı zəhərlənib.
Müştəri kassa qəbzi əldə etməsi üçün müxtəlif vaxtlarda həmin dükana gedib və yenə eyni maldan alıb. Həmin mallarda da vəziyyətin eyni olduğu aşkarlanıb. Məlum olub ki, kassa çekinin VÖEN-i də yoxdur.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










