Azərbaycanda vaksin vurduranlar yenidən yoluxur - HƏKİM SƏBƏBİNİ AÇIQLADI
Gündəm 1 Aprel 2021 12:52 Oxunub 8196
Azərbaycanda vaksin vurduranlar yenidən yoluxur - HƏKİM SƏBƏBİNİ AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanda karonavirusa yoluxanların sayı son günlər artmaqdadır. Yoluxanlar arasında vaksini iki dozada qəbul edənlər də var.

Bəs vaksin vurduranların yenidən virusa yoluxmasına səbəb nədir? 

Avtosfer.az redaktor.az-a istinadən xəbər verir ki, həkim-infeksionist Vüsalə Yaşar ortalama 28 gün fasilə ilə hər iki vaksin dozasını alan insanların immunitetinin tam formalaşmaması səbəbində yenidən yoluxduqlarını deyib: “Bunun bir sıra səbəbləri var, immunitetin yaranma müddətini gözləmədən sosial məsafə və gigiyena qaydalarını unudurlar. Çox rahat davranırlar, maskadan istifadə etmirlər. Vaksin vurduranlar elə düşünürlər ki, daha təhlükə yoxdur. Sadəcə məsələ burasındadır ki, gördüyüm xəstələr yaşlarının çox olmasına baxmayaraq xəstəliyi yüngül formada keçirirlər. Hər bir kəs özünü qorumalıdır, yoluxmanın artmasında əsas məsələ gizli keçirilən mərasimlərdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh