Banner

Azərbaycanda valideynlər uşağa işgəncə verib diləndirdilər - İDDİA - FOTO - YENİLƏNİB

Gündəm 29 Yanvar 2024 11:03 Oxunub 772
Azərbaycanda valideynlər uşağa işgəncə verib diləndirdilər - İDDİA - FOTO     - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda valideynləri tərəfindən diləndirilən doqquz yaşlı uşağın aşkarlanması barədə daha bir açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, artıq o, Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib:

“Uşağın vəziyyəti qiymətləndirilib və hazırda müayinədən keçirilir. Güman edirik ki, sağlamlığına təhlükə törədəcək yaralar yoxdur”.

Qeyd edək ki, uşağın diləndirilməsi faktı öz əksini tapsa, valideynlər məsuliyyətə cəlb ediləcəklər.

***

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

“Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, - K.Ağazadə qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətdədir və araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh