Azərbaycanda vəhşilik: Ata-anasını yatan yerdə baltalayıb - Sonra meyiti doğrayıb...

Masallının Miyankü kəndində baş verən dəhşətli qətllə bağlı bəzi məqamlar məlum olub. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birgə öz ata-anasını yatan yerdə baltalayıb. 3 gün valideynlərinin cəsədini evdə saxlayan oğul dünən onları tövlədə basdırmağa qərar verib. Ən dəhşətlisi odur ki, həmin yer balaca olduğu üçün Azər ata-anasının bədənini balta ilə doğrayıb, daha sonra üstünə beton töküb. Hadisə şahidləri bildirib ki, oğul əməllərini ört-basdır etmək üçün valideynlərinin yoxa çıxması ilə bağlı polisə məlumat verib. Polis isə Azər Ağayevdən şübhələnib və dünən axşam keçirilən əməliyyat nəticəsində Etibar Ağayev və xanımı Rəfiqə Ağayevanın meyiti həyətdəki tövlədən çıxarılaraq eksertizaya göndərilib. Oğlu tərəfindən qəddarcasına qətlə yetirilən Etibar Ağayevin bir qızı da var. Başqa kəndə gəlin köçən qıza Azər valideynlərini Rusiyaya göndərdiyini bildirib. Hamilə olan Ağayevlərin yeganə qızı hələ də bu dəhşətdən xəbərsizdir. Qeyd edək ki, Azərlə Asudənin 3 uşağı var. Cütlük hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












