Azərbaycanda vətəndaşların kredit borcunu "bağlayan" dəstə ifşa edildi

Daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirib. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət əlaqəsinə girərək kiberqrup yaradıblar. M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən xaker qrupları ilə internet vasitəsi ilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının “Banko Frances” və Bolqarıstanın “CİA” banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib. Daha sonra M.Əliyev qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək F.Ələkbərov və R.Ənsərəvun Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətlərindən istifadə edən vətəndaşlara külli miqdarda ziyan vurub.
M.Əliyev istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Emin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT













