Azərbaycanda yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 55-65% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18 dərəcəi, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












