Azərbaycanda yanacaq UCUZLAŞIR

Azərbaycanda reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 1 manat müəyyən edilib. Nazirlər Kabinetinin bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə müvafiq dəyişiklik edib. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə yeni alt yarımmövqelər əlavə edilib. Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi dəyişməyərək, 1 ton üçün 80 manat müəyyənləşib.
Qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə əsasən digər məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 80 manat olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












