Azərbaycanda yeddinci beynəlxalq aeroport olacaq

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib. Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.
Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində "Yak-40" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq. “Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, - Adıgözəlov bildirib.
Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib. "Hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası, o cümlədən turistlərin sayının artmasına səbəb olacaq", - deyə Adıgözəlov bildirib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












