Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə yeni cəza növləri tətbiq ediləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza növlərinə iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması da əlavə edilir. Hazırda qəsdən sağlamlığa yüngül zərər vurmağa min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












