Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: "Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir".
A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: "Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir".
Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə Trend-ə bildirmişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü və çəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.
Qeyd edək ki, pullu olacaq yola alternativ yol da var və bu yol pulsuz olacaq. Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra alternativ yol da əsaslı şəkildə yenidən qurulacaq. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər.
Pullu yolun alternativ yoldan qısa olacağı planlaşdırılır və həmin yol kənd, qəsəbə və digər yaşayış massivindən keçsə də, qapalı olmalıdır. Yəni, bu yola kənardan daxil olmalar olmayacaq. Pullu yoldan əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










