Banner

Yeniyetməni alçaldıb görüntüsünü “TikTok”da paylaşdılar: Polis hərəkətə keçdi - VİDEO

Gündəm 28 Aprel 2022 12:49 Oxunub 3618
Yeniyetməni alçaldıb görüntüsünü “TikTok”da paylaşdılar: Polis hərəkətə keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda dörd yeniyetmə oğlan bir nəfəri alçaldıb. Avtosfer.az-ın məlumatına görə, video “TikTok”da paylaşılıb. Belə ki, onlar digər yeniyetmənin şərəf və ləyaqətini alçaldıb, bunu mobil telefonla çəkiblər. Onlar oğlandan üzr istəməsini tələb ediblər. Daha sonra uşaqlardan biri oğlanın üz nahiyəsinə yumruq atıb. Hadisənin Ağdaşda olduğu ehtimal edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar: “Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.

 

Oxu.Az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh