Azərbaycanda yol qəzaları - 2 ölü, 3 yaralı - VİDEO

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzada "VAZ-2106" markalı maşın tanınmaz hala düşüb. hadisə nəticəsində avtomobilin hələlik adı məlum olmayan sürücüsü həlak olub, bir nəfər isə ağır yaralanıb.
Lənkəran Cil kəndində isə 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Mirnasir Seyidzadənin idarə etdiyi avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı piyadanı vurub. Sürücü Mirnasir Seyidzadə yaralını avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, həmin şəxs yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib.
Tərtərdə isə yük maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza rayonun Saricali kəndində baş verib. Rayonun Düyrəli kənd sakini, 22 yaşlı Fərid Pənahlının idarə etdiyi yük maşını, Ağdam sakini, 67 yaşlı Rizvan Sarıyevin yük avtomobili ilə toquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Rizvan Sarıyev Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Fərid Pənahlı isə xəstəxanada ilkin tibbi yardim aldıqdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












