Azərbaycanda yüksək vəzifəli məmurun atası qəzada öldü

Dünən Xızıda Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır. Sərxan Abdullayev sözügedən kollecdə “Avtomobilin istismarı” ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib. Tələbə və müəllimləri daşıyan “Hyundai” markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb. 1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib.
Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.
Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














