Azərbaycanda yüzlərlə şəxsə BƏD XƏBƏR - LƏĞV EDİLDİ
Gündəm
13 İyun 2020 19:08
Oxunub 1448

Bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı açıqlanıb.
Avtosfer.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyindən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1200-ə yaxındır.
Qeyd edək ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













