Azərbaycanda zəlzələ ocaqları aktivləşib? - VİDEO

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.
Mqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda da hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli vurğulayıb ki, baş verən zəlzələ ilə bağlı əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur.
Ümumiyyətlə, Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün "zəlzələ bölgəsi" hesab edilir. Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.
Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Zəlzələdən sonra bölgədə avtoşokların olması isə həmin sahələrdə enerji boşalmasından irəli gələn əlamətlər hesab olunur. Buna görə də yer daxilində hərəkət daim var və təkanların olması da normaldır.
Xatırladaq ki, son günlər rayonlarda tez-tez zəlzələlər baş verir. Bu günlərdə, martın 4-də Hacıqabul rayonunda üç dəfə zəlzələ olmuşdu.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










